İnsanlara hürriyət, millətlərə istiqlal!

Seksual zorakılıqda ittiham olunan konqresmenin evində axtarış aparıldı

ABŞ-da keçmiş konqresmen Erik Suolvel barəsində seksual zorakılıq iddiaları ilə bağlı federal istintaq çərçivəsində əməliyyat tədbirləri keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları San-Fransisko hava limanında Demokratlar Partiyasından olan keçmiş konqresmen Erik Suolvelin elektron cihazlarını müsadirə edib, ertəsi gün isə onun Vaşinqtondakı evində axtarış aparıblar. Bu barədə CNN istintaqla tanış mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, istintaq hərəkətləri Suolvel barəsində seksual zorakılıqla bağlı irəli sürülmüş iddiaların federal səviyyədə araşdırılması ilə əlaqədardır. Agentlər şənbə günü onun elektron cihazlarını götürüb, bazar günü isə evində axtarış keçiriblər.

Suolvel CNN və “San Francisco Chronicle” nəşrlərində onun barəsində seksual xarakterli qanunsuz davranış iddialarının dərc edilməsindən sonra apreldə Konqresdən istefa verib.

Bundan sonra Manhetten prokurorluğu və Los-Anceles dairəsinin şerif departamenti də məsələ ilə bağlı cinayət araşdırmalarına başlayıb.

Suolvelin seksual xarakterli qanunsuz davranışlara yol verdiyini açıq şəkildə iddia edən iki qadın CNN-ə FTB əməkdaşları ilə də danışdıqlarını bildiriblər.

Erik Suolvel və onun vəkili məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR