İnsanlara hürriyət, millətlərə istiqlal!

Sel Mikayıl Müşfiqin xatirə muzeyini bu hala saldı - FOTO

Azərbaycanın görkəmli və nakam şairi Mikayıl Müşfiqin Xızı rayonunda yerləşən xatirə muzeyi artıq bir neçə ildir ki, Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi zərər görüb.

Musavat.com bildirir ki, bu barədə şairin qohumu Reyhan İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, sonuncu sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdırıb, muzey binasına və ətraf əraziyə ciddi fəsadlar vurub.

Reyhan İsmayılzadə bildirib ki, edilən çoxsaylı müraciətlər və keçirilən görüşlərdən sonra Mədəniyyət Nazirliyi tərəfindən muzeydə yenidənqurma işlərinin aparılması ilə bağlı cavab məktubu təqdim olunub.

Nəslin nümayəndəsi Mikayıl Müşfiqin xatirə muzeyində yaranmış vəziyyətin aradan qaldırılmasını, selin vurduğu ziyanın bərpası və muzeyin təcili şəkildə yenidən qurulmasını istəyir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR