İnsanlara hürriyət, millətlərə istiqlal!

Selin apardığı azyaşlını BELƏ XİLAS ETDİ - VİDEO

Dağıstanda kommunal xidmət işçisi sel zamanı həyatını təhlükəyə ataraq balaca qızı xilas edib.

Musavat.com xəbər verir ki, bu barədə "BAZA" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü yağışlar nəticəsində respublikanın Untsukulski rayonunda çaylar məcrasından çıxıb.

Dağdan gələn sel ana və böyük bacısı ilə gəzintiyə çıxan balaca qızı aparılıb.

Uşağı xilas etməyə yerli Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin rəis müavini Məhəmməd Ömərov tələsib. Onlarla metr məsafədən sonra körpəni suyun içindən çıxarmaq mümkün olub.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR