Onlayn ictimai-siyasi qəzet
İsrail qüvvələri İranda gizli quru əməliyyatı həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə "Al-Hadath" mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyatın həyata keçirilməsində Mossad agentləri ilə yanaşı, xüsusi təyinatlı qüvvələr də iştirak edib.
"Əl-Ərəbiyyə" mənbələrə istinadən bildirib ki, əməliyyat 3 mart gecəsi baş tutub. Televiziya kanalı heç bir təfərrüat açıqlamayıb.
İran mənbələri "Əl-Ərəbiyyə"yə bildiriblər ki, İsrail hava hücumları İsfahandakı müdafiə sənayesi qərargahlarını hədəf alıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ