Onlayn ictimai-siyasi qəzet
Bu gün SEPAH ilə əlaqəli olduğu bildirilən media kanalları süni intellekt vasitəsilə hazırlanmış video paylaşıb.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, videoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupuna qarşı Ərəbistan dənizində mümkün hücum ssenarisi təsvir olunur.
Kadrların süni intellektlə hazırlandığı bildirilir və səhnələrdə dronlar, sürətli hücum qayıqları, raket sistemləri və sualtı qayıqlardan istifadə edildiyi göstərilir.
Paylaşılan videonun rəsmi mövqeni əks etdirib-etdirmədiyi barədə İranın rəsmi qurumları tərəfindən açıqlama verilməyib. Habelə, ABŞ tərəfi də görüntülərlə bağlı rəsmi şərh yaymayıb.
@@TVmusavat/139846@@
Musavat.com
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ