İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH baş komandanının müşaviri: "ABŞ İrandakı sistemi 3-4 günə devirəcəyini düşünürdü"

Musavat.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının baş müşaviri Məhəmməd Rza Nəqdi ABŞ-nin İrana qarşı siyasəti və uğursuzluqları barədə diqqətçəkən bəyanatlarla çıxış edib.

Nəqdi bildirib ki, Birləşmiş Ştatlar hökuməti müharibənin iki əsas məqsədini bəyan etmişdi: İrandakı siyasi sistemi devirmək və ölkəni parçalamaq. Onun sözlərinə görə, Vaşinqton üç-dörd gün ərzində İran sistemini devirə biləcəyini, daha sonra isə ölkəni böləcəyini düşünürdü.

"Onlar nəinki uğursuzluğa düçar oldular, hətta bu iki məqsədin puç olmasından sonra onların müharibəsi strategiyasız bir müharibəyə çevrildi", — deyə SEPAH rəsmisi vurğulayıb.

"Çəkindiricilik gücümüzü bərpa etməliyik"

Məhəmməd Rza Nəqdi İranın təhlükəsizliyinin və çəkindirmə gücünün bərpa edilməsinin vacibliyini qeyd edib: "Biz çəkindiriciliyimizi bərpa etməliyik. Kiminsə İrana hücum etmək qərarına gəlməsi, sonra uğursuzluğa düçar olub geri çəkilməsi, yenidən qruplaşaraq altı aydan sonra təkrar qayıtması bizim üçün qəbulolunmazdır. Biz təhlükəsizliyimizi təmin etməliyik. Bu təhlükəsizliyin diplomatiya, yoxsa müharibə yolu ilə əldə edilməsi fərq etmir — əsas prinsip budur".

O əlavə edib ki, nə diplomatiya, nə də müharibə öz-özlüyündə müstəqil dəyərə malik deyil, bunlar yalnız alət və üsullardır: "Bizim çəkindirici gücümüz bərpa olunmalıdır. Bunu necə etmək olar? İrana qarşı təcavüzün bir bədəli olduğunu aydın şəkildə göstərmək lazımdır. Əgər Amerika bu bədəli diplomatiya yolu ilə ödəyərsə — gəlib general Rezainin az əvvəl qeyd etdiyi tələbləri diplomatik yolla yerinə yetirərsə, kompensasiya ödəyərsə və hər halda müəyyən bir bədəl ödəməli olduğunu etiraf edərsə — o zaman sadəcə olaraq geriyə qayıdıb yenidən cəhd edə bilməyəcək. Bu, bizim çəkindiriciliyimizi bərpa edə bilər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR