Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin yenidən hücum edəcəyi təqdirdə, İran Silahlı Qüvvələri bu ölkəyə qarşı irimiqyaslı əməliyyatlara başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahı bəyanat yayıb.
"Mehr" agentliyinin hərbi komandanlığın bəyanatına istinadən yaydığı məlumatda deyilir: "ABŞ-nin qeyri-qanuni ordusu bilməlidir ki, əgər İslam Respublikası yenidən hücuma məruz qalarsa, bunun ardınca regiondakı Amerika hədəflərinə qarşı kütləvi və irimiqyaslı zərbələr endiriləcək".
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində Amerikanın "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirdiyini açıqlayıb. ABŞ-nin bu hücumundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərq regionunda yerləşən ABŞ bazalarına bir neçə raket zərbəsi endirib.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ