İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH yeni görüntüləri YAYDI: İran ABŞ-nin bazalarını BELƏ VURUB - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ölkənin Hərbi Hava Qüvvələrinin ballistik raketlərdən istifadə etməklə ABŞ-ın İordaniyadakı "Əl-Əzrək" bazasına zərbələr endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi bəyanata əsasən, hücum nəticəsində "F-35" qırıcılarının saxlanıldığı anqarlar və komanda-nəzarət mərkəzi də daxil olmaqla, ümumilikdə 4 strateji obyekt məhv edilib.

Eyni zamanda, ABŞ administrasiyasının rəsmisinə istinadən "Axios" nəşrinin jurnalisti Barak Ravid də İranın bölgədəki ABŞ mövqelərinə genişmiqyaslı hücuma keçdiyini təsdiqləyib. Mənbənin bildirdiyinə görə, İran tərəfindən ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına ən azı dörd ballistik raket və bir neçə pilotsuz uçuş aparatı (PUA) atılıb.

Hücum faktı rəsmi Tehran tərəfindən də etiraf olunub. İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı ABŞ-ın bir neçə hərbi bazasına, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının bölmələrinə PUA-larla zərbələr endirildiyini rəsmən təsdiqləyib.

Hadisə nəticəsində qeydə alınan canlı qüvvə itkiləri və dağıntıların miqyası barədə hələlik rəsmi Vaşinqton tərəfindən geniş açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR