İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevda 11 il sonra bunu edəcək

Tanınmış müğənni, estrada ulduzu Sevda Yahyayeva 11 illik fasilədən sonra solo konsert proqramı ilə çıxış edəcək.

Musavat.com xəbər verir ki, “Darıxmışam” adlı konsert 17 oktyabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Sənətçi konsertlə bağlı təəssüratlarını bölüşüb:

“11 ildən sonra növbəti solo konsertimi edirəm. Sonuncu dəfə sevənlərimlə görüşüm 2015-ci ildə Yaşıl Teatrda olmuşdu. Səbirsizliklə dinləyicilərimlə görüşümü gözləyirəm. Çox maraqlı repertuar və fərqli bir Sevda görəcəksiniz”, – deyə S. Yahyayeva bildirib.

“Darıxmışam” adlı konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə keçiriləcək. Konsertin dirijoru İlahə Hüseynovadır.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR