İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə saatlarında iki ölkədə güclü zəlzələ

Gecə saatlarında Əfqanıstanda 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri 161 min sakini olan Kunduz şəhərindən 70 kilometr cənubda, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Daha bir güclü zəlzələ Kosta-Rikada olub. 5.6 maqnitudalı yeraltı təkanlar 12 min nəfər əhalisi olan Santa-Krus şəhərindən 110 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Hər iki təbiət hadisəsi zamanı dağıntılar və insan ölümü qeydə alınmayıb./oxu.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR