Onlayn ictimai-siyasi qəzet
Ötən il “Azərbaycan Uşaqlar Birliyi”nin sığınacağına yerləşdirilmiş 8 uşağın anası valideynlik hüququndan məhrum edilib.
Musavat.com bildirir ki, bu barədə qurumun rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
Bəs kimlər valideynlik hüququndan məhrum edilir?
Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
-Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
-Alimenti qəsdən ödəmədikdə;
-Heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
-Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
-Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
-Xroniki alkoqol və narkomaniya xəstəsidirsə.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ