Onlayn ictimai-siyasi qəzet
Polşa Baş naziri Donald Tuskun "Şimal axını" qaz kəmərlərində törədilən partlayışlarla bağlı səsləndirdiyi bəyanatlar Moskvada kəskin narazılıqla qarşılanıb.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa hökumət başçısının mövqeyini şərh edərkən bunun təəccüb və anlaşılmazlıq doğurduğunu bildirib.
"Şimal axını" qaz kəmərinin iki xəttinin tikintisinə sərmayə qoyanlar Avropa İttifaqının energetika gələcəyinə, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə və qitənin enerji təhlükəsizliyinə böyük töhfə veriblər. Əgər cənab Tusk bu cür terror aktlarını, sabotajları dəstəkləyirsə, bu, təəccüb və anlaşılmazlıqdan başqa bir şey yarada bilməz", – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Polşanın Baş naziri Donald Tusk Berlinin "Şimal axını" kəmərlərinin partladılmasında şübhəli bilinən şəxsləri cinayət məsuliyyətinə cəlb etməməli olduğunu bəyan etmişdi. Tusk "kəməri sıradan çıxaranlar yox, onu inşa edənlər utanmalıdır" deyərək Almaniyanın bu məsələdəki mövqeyini tənqid etmişdi.
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ