İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok durum: ABŞ-ın saxladığı rus tankerində onların nə işi var?

ABŞ tərəfindən saxlanılan Bella-1 neft tankerinin göyərtəsində 17 nəfər Ukrayna vətəndaşının olduğu açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Stefanışina məlumat verib.

Səfirin sözlərinə görə, ABŞ tərəfindən saxlanılan ikinci tanker — M-Sophia gəmisində isə Ukrayna vətəndaşları yoxdur.

Bildirilir ki, hər iki tanker Rusiya ilə əlaqələndirilən və sanksiyalardan yayınmaq məqsədilə istifadə edilən “kölgə donanması”na aid edilir.

Məlumatda saxlanılan Ukrayna vətəndaşlarının vəziyyəti ilə bağlı əlavə detallar açıqlanmayıb, lakin diplomatik kanallar vasitəsilə məsələ nəzarətdə saxlanılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR