İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Rusiyaya cəhənnəm sanksiyaları yenə dalana dirənir? – Trampdan gözlənilməz düzəliş

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbuluna doğru mühüm addım atılsa da, Prezident Donald Trampın son anda irəli sürdüyü yeni təklif qanun layihəsinin taleyini yenidən sual altına salıb.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Söhbət mərhum respublikaçı senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış və Rusiyaya qarşı sərt iqtisadi tədbirlər nəzərdə tutan qanun layihəsindən gedir. Sənəd artıq Senatda ilkin prosedur səsverməsindən 86 lehinə, 12 əleyhinə nəticə ilə keçib. Bununla belə, onun qüvvəyə minməsi üçün hələ həm Senatda yekun razılaşma əldə olunmalı, həm də sentyabrda fəaliyyətini bərpa edəcək Nümayəndələr Palatası tərəfindən qəbul edilməlidir.

Saytın yazdığına görə, Tramp qanun layihəsinə yeni dəyişiklik edilməsini istəyir. O təklif edib ki, Rusiya neftinin əsas alıcılarına qarşı nəzərdə tutulan tarif mexanizmi İran neftini alan ölkələrə də şamil edilsin.

"İstəyirəm ki, onlar İrana münasibətdə də təkcə sanksiyaları deyil, tarifləri əlavə etsinlər. Düşünürəm ki, bu vacibdir. Lindsi də məhz bunu istəyirdi", – deyə Tramp Ağ evdə jurnalistlərə bildirib.

Politico qeyd edir ki, məhz bu cür son anda edilən dəyişikliklər əvvəlki sanksiya layihələrinin qəbulunu da dalana salıb. Bu dəfə isə həm Konqresdə, həm də Kiyevdə sənədin daha sürətlə qəbul ediləcəyinə ümid edilirdi.

Saytın məlumatına görə, Trampın yeni təşəbbüsü xüsusilə demokratlar arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, belə dəyişiklik prezidentə tarif siyasətindən daha geniş istifadə etmək imkanı verəcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində demokratların aparıcı üzvü Cin Şahin isə bildirib ki, qanun layihəsinin qəbulunu davam etdirmək lazımdır və avqust tətilinə qədər senatorlar arasında düzəlişlərlə bağlı razılıq əldə olunacağına ümid edir. Şahin vurğulayıb ki, layihəyə qarşı çıxanların sayı azdır və Senatdakı ilkin səsvermənin nəticələri bunu göstərir.

Nümayəndələr Palatasında isə vəziyyət daha mürəkkəb görünür. Demokrat konqresmen Riçard Nil və senator Ron Vaydenin fikrincə, Trampa yeni tarif səlahiyyətlərinin verilməsi təhlükəli addım ola bilər. Onların fikrincə, prezident bu mexanizmdən gələcəkdə həm rəqiblərə, həm də ABŞ-ın müttəfiqlərinə qarşı istifadə edə bilər.

Buna baxmayaraq, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokratların lideri Qreqori Miks kompromis variantının mümkün olduğunu istisna etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR