Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hadisə Kuçak-Aparan şossesində baş verib. qəza zamanı Honda polis avtobusu ilə Nissan markalı minik avtomobili toqquşub.
Hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb. Rəsmi qurumlar qəza ilə bağlı əlavə məlumatın veriləcəyini bildiriblər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ