İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədə ard-arda GÜCLÜ ZƏLZƏLƏLƏR oldu

Bu səhər Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda qısa zaman aralığında üç zəlzələ baş verib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:16, 07:20 və 07:21-də müşahidə olunub.

Musavat.com xəbər verir ki, AFAD-ın (Türkiyə Fövqəladə Halların İdarəedilməsi Agentliyi) məlumatına görə, zəlzələlərdən ən güclüsünün maqnitudası 4,8, digərlərinin isə 4,2 olub. Yeraltı təkanların ocağı 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.

Hazırda bölgədə zərər və tələfatla bağlı məlumat verilmir. Rəsmilər ehtiyat tədbirlərinin görüldüyünü və vəziyyətin nəzarətdə saxlanıldığını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR