Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur müğənni Soner Sarıkabadayı sosial media hesabındakı son paylaşımı ilə azərbaycanlı izləyicilərinin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, sənətçi armudu stəkanda çay içdiyi anları şəxsi sosial media hesabında yayımlayıb.
Paylaşım qısa zamanda izləyicilər arasında maraq doğurub və çoxsaylı bəyənmə toplayıb.
Maraqlı məqamlardan biri isə videoda istifadə olunan fon səsi olub. Belə ki, Soner paylaşımında musiqi əvəzinə Azərbaycanda geniş yayılmış və sosial şəbəkələrdə tez-tez istifadə olunan məşhur memlərdən birinə yer verib. Bu addım azərbaycanlı fanatlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Soner Sarıkabadayı daha əvvəl də Azərbaycan auditoriyasına yaxınlığını nümayiş etdirmişdi. Müğənni bir müddət əvvəl sosial şəbəkələrdə viral olan "Bir dənə çay verərsən?" trendinə qoşularaq diqqət mərkəzinə düşmüş, paylaşımı ilə çoxsaylı müzakirələrə səbəb olmuşdu.
Könül,
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ