Onlayn ictimai-siyasi qəzet
Sovet dövrünün ən məşhur avtomobil adlarından biri olan VOLGA yenidən diqqət mərkəzinə düşüb. Marka Rusiyada keçirilən “Kommersantın seçimi — 2026” avtomobil mükafatında “İlin kəşfi” nominasiyasının qalibi olub.
Musavat.com xəbər verir ki, mükafatın nəticələri “Kommersant”ın “Avtopilot” nəşrində açıqlanıb.
2022-ci ildən sonra Rusiya avtomobil bazarı ciddi transformasiya dövrü keçirir. Bazara yeni markalar daxil olsa da, onların bir qismi artıq fəaliyyətini dayandırmağa başlayıb. Belə şəraitdə alıcılar yeni brendlərə daha ehtiyatla yanaşır və seçim etməyə tələsmirlər.
“Avtostat” agentliyi auditoriyası arasında yeni Rusiya avtomobil markalarının perspektivləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin 70 faizdən çoxunun avtomobil biznesi ilə əlaqəli olduğu bildirilir.
Nəticələrə görə, VOLGA 31 faiz səs toplayaraq rəqiblərini nəzərəçarpacaq dərəcədə qabaqlayıb.
“Avtostat”ın direktoru Sergey Tselikov VOLGA-ya marağın artmasını markanın uğurlu texnoloji tərəfdaş seçməsi, tələbat görəcəyi gözlənilən model sırası və Rusiyada yığılması hesabına cəlbedici qiymətlərin mümkün olması ilə əlaqələndirib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ