Onlayn ictimai-siyasi qəzet
Ukraynanın işğal altında olan Sevastopol bölgəsində yanacaq böhranı daha da dərinləşib.
Musavat.com xəbər verir ki, "Sevastopolun rəhbəri" Mixail Razvojayev şəhərə gəlməsi gözlənilən benzin maşınlarının çatmadığını bildirərək yeni yanacaq QR-kodlarının, talonların verilməyəcəyini açıqlayıb.
Onun sözlərinə görə, bundan əvvəl paylanmış bütün QR-kodlar deaktiv ediləcək.
Bu gün yanacaqdoldurma məntəqələrində yalnız kommunal xidmətlər, təcili yardım, hüquq-mühafizə orqanları və ictimai nəqliyyat vasitələri yanacaq ala biləcək.
Xatırladaq ki, iyunun 6-dan etibarən Sevastopol sakinlərinə maksimum 20 litr yanacaq almağa imkan verən QR-kodlar təqdim olunurdu. Lakin kodlar hər gün yeni partiyalar ayrılmadan daha sürətlə tükənirdi.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ