İnsanlara hürriyət, millətlərə istiqlal!

Sükan arxasında telefonla danışdı, maaşından tutuldu -Video

Bakıda fəaliyyət göstərən 140A saylı marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanı 77-VQ-512 olan avtobusun sürücüsü sükan arxasında mobil telefonla danışıb.

Musavat.com-a müraciət edən sərnişinlərin sözlərinə görə, sürücü hərəkət zamanı telefondan istifadə etməklə həm yol hərəkəti qaydalarını pozub, həm qəza riski yaradıb.

Məsələ ilə bağlı Musavat.com-un sorğusunu cavablandıran daşıyıcı şirkət BMH MMC bildirib ki, fakt araşdırılıb. Qeyd olunub ki, sürücü əməkhaqqısından tutulmaqla cərimələnib, eyni zamanda analoji qanun pozuntusuna yol verməməsi üçün ona ciddi xəbərdarlıq edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR