İnsanlara hürriyət, millətlərə istiqlal!

Sükan arxasında ürəktutması keçirən sürücü qəza törətdi

Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.

Hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb.

İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürəktutmasından vəfat edib.

Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom çalışırmış.

Faktla bağlı araşdırma aparılır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR