Onlayn ictimai-siyasi qəzet
Müğənni Fədayə Laçın 50 illik yubileyi ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Sənətçi ad gününü təmtəraqlı məclis olmadan keçirdiyini bildirərək, bu qərarından məmnun qaldığını deyib. O, yubiley günündə izləyiciləri üçün mahnı da səsləndirib.
Fədayə Laçın yaşının ona mane olmadığını vurğulayaraq, özünü yaxşı hiss etdiyini və həyatından razı olduğunu qeyd edib. Müğənni zarafatla bildirib ki, 50 yaşında olmasına baxmayaraq enerjisini, səsini və görünüşünü qoruyub saxlaya bilib.
Sənətçinin sözlərinə görə, ad günü məclislərində adətən qonaqları qarşılamaq və tədbirlə məşğul olmaqdan istirahət etməyə vaxt qalmır. Bu səbəbdən yubileyini sakit şəkildə keçirməyə üstünlük verib.
Müğənni əlavə edib ki, belə bir günü tək və rahat şəkildə qeyd etmək ona daha çox istirahət imkanı yaradıb. O, bu seçiminin özünə yaxşı təsir etdiyini də vurğulayıb.
Fədayə Laçın həmçinin hazırda oğlu ilə birlikdə yaşadığını, oğlunun isə bu günlərdə Azərbaycanda olduğunu bildirib:
"50 yaşım tamam oldu, daha məndən nə gözləyirsiniz ki? Hələ Allaha şükür edin ki, bu ağılda, bu səsdə, bu gözəllikdə qalmışam. 50 yaşlı adamdan nə gözləmək olar ki? Ad gününü, yubileyi tək keçirmək elə gözəldir ki, sizə də tövsiyə edirəm. Məclis edib qonaqları qarşılamağa vaxtım yoxdur. Öz ad günümdə də məni oxudurlar, dincələ bilmirəm, evə yorğun-arğın gəlirəm. Bu dəfə ad günümdə yaxşıca dincəldim. Mən burada tək yaşamıram, oğlumla qalıram. Hazırda isə o, Azərbaycandadır".
Sənətçinin yubiley günü ilə bağlı fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ