İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya ordusu Tabqa aerodromunu kürd yaraqlılarından təmizləyib

Suriya hökumətinin silahlı qüvvələri ölkənin şimalındakı Rakka əyalətindəki Tabqa aerodromunu kürd yaraqlılarından təmizləyib.

Musavat.com xəbər verir ki, aerodrom əvvəllər kürdlərin silahlı Suriya Demokratik Qüvvələrinin (SDF) nəzarəti altında idi.

Suriya TV-nin məlumatına görə, Suriya ordusu bölmələri Fərat su bəndinə nəzarəti ələ keçirərək kürd döyüşçülərini sıxışdırıb. Kanal bildirir ki, hökumət qüvvələri eyni adlı əyalətin paytaxtı Rakka şəhərinə doğru irəliləməyə davam edir.

Yanvarın 17-də Suriya silahlı qüvvələri Hələbin şərqində yerləşən Deyr Hafer şəhərini nəzarətə götürdükdən sonra Rakka əyalətinə yerləşdirilməyə başlayıb. SDF qüvvələri oradan geri çəkilib. Suriya ordusu kürd yaraqlılarını ən azı səkkiz kənddən çıxarıb. Axşama yaxın silahlı qüvvələrin əməliyyat komandanlığı Suriya ordusu bölmələrinin Fərat bəndinin yerləşdiyi Tabqa şəhərinə daxil olduğunu elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR