İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər

Rusiyada sürücülük vəsiqəsi almaq üçün keçirilən nəzəri imtahanın çətinləşdirilməsi nəzərdə tutulur.

Musavat.com xəbər verir ki, qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan layihə artıq Rusiya hökumətinə təqdim olunmaq üçün hazırlanır.

Layihəyə əsasən, imtahan zamanı istənilən rabitə vasitəsindən və elektron cihazlardan istifadə qadağan ediləcək. Qaydanı pozanların imtahan nəticələri dərhal ləğv olunacaq və onlar bir il müddətinə yenidən imtahana buraxılmayacaqlar.

Bundan başqa, nəzarətin daha da gücləndirilməsi məqsədilə nəzəri imtahan keçirilən otaqlarda audio və video qeydiyyat sistemlərinin quraşdırılması da təklif olunur. Təşəbbüs müəllifləri hesab edirlər ki, bu addım imtahan prosesində şəffaflığı artıracaq və qayda pozuntularının qarşısını alacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR