İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada Meksikanın Müstəqillik günü qeyd olundu - VİDEO

Meksikanın Azərbaycandakı Səfirliyi Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə qəbul təşkil edib.

Musavat.com xəbər verir ki, tədbirdə Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.

Bildirilib ki, Şuşada müxtəlif ölkələrin milli günlərinə və mühüm tarixlərinə həsr olunmuş tədbirlərin keçirilməsi, şəhərin Azərbaycanın diplomatik mərkəzlərindən birinə çevrildiyindən xəbər verir.

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxil olub.

@@TVmusavat/155142@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR