Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş milli komanda kapitanı seçkilər ərəfəsində vətəndaşlara müraciət edib.
Musavat.com xəbər verir ki, Ermənistan milli futbol komandasının keçmiş kapitanı, İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan iyunun 7-də keçiriləcək Ermənistan Milli Məclisinə seçkilərdə vətəndaşları səsvermədə iştirak etməyə çağırıb.
Mxitaryan sosial şəbəkə hesabında paylaşdığı müraciətdə seçkilərdə iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirib.
“Ermənistan Respublikasının vətəndaşı kimi iyunun 7-də seçkilərdə iştirak etmək mənim borcumdur. Öz seçiminizi edin”, – deyə o qeyd edib.
Futbolçu paylaşımına əlində Ermənistan pasportu olan fotosunu da əlavə edib.

Musavat com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ