İnsanlara hürriyət, millətlərə istiqlal!

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu, ölən var

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən, Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.

Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR