İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış idmançının oriental rəqqasə ilə görüntüsü MÜZAKİRƏ YARATDI - VİDEO

Məşhur idmançı, fitnes məşqçisi Yusif Nurullayev paytaxt məkanlarından birində görüntülənib.

Məşqçinin tanınmış oriental rəqqasə Aygün Babayeva ilə olan videosu sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Görüntülərdə Yusif Nurullayevın məkanların birində istirahət etdiyi, həmin vaxt rəqqasənin onun üçün ifa etdiyi rəqsi izlədiyi əks olunub. Videoda məşqçinin rəqqasəyə pul verdiyi anlar da diqqətdən yayınmayıb.

Sosial şəbəkə istifadəçiləri yayılan görüntülərə fərqli reaksiyalar veriblər. Bəziləri bunu adi əyləncə kimi qiymətləndirsə də, digərləri məşqçinin davranışını tənqid edərək müxtəlif fikirlər səsləndiriblər.

Qısa zamanda geniş yayılan video çoxsaylı baxış və şərh toplayaraq gündəmin diqqət çəkən mövzularından birinə çevrilib.

Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR