İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixin ironiyası: Bir-birinə düşmən olan iki radikal cəbhə qarşılaşır

Çilidə keçirilən prezident seçkilərində namizədlərin heç biri birinci turda qalib gəlmək üçün tələb olunan 50 faizdən çox səs toplaya bilməyib.

Musavat.com xəbər verir ki, birinci turun liderləri Kommunist Partiyasının üzvü, keçmiş əmək naziri Janetta Xara və ultramühafizəkar siyasətçi Xose Antonio Kast olub.

Xara gözləniləndən az - təxminən 27% səs qazanıb. Kast isə 24% səs toplayıb.

Üçüncü yerdə 19% səslə sağ-mərkəzçi “Xalq Partiyası”ndan Frank Parisi, dördüncü yerdə isə ifrat sağçı Milli-Libertar Partiyasının namizədi Yoxannes Kayzer qərarlaşıb. Beşinci yerə sağ-mərkəzçi “Çili, irəli!” koalisiyasından Evelin Mattey layiq görülüb.

Bu nəticələr Kastın ikinci turda müəyyən üstünlük əldə etməsinə imkan yaradır. Çünki seçicilər iki namizəd arasında seçim etməli olacaqlar.

Kast seçki kampaniyasını əsasən qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə şüarları üzərində qurub. Xara isə sosial müdafiənin genişləndirilməsi, narkotiklərin və çirkli pulların dövriyyəsinə qarşı mübarizə vəd edib.

Çilidə prezident seçkilərinin ikinci turu 14 dekabrda keçiriləcək. Çili prezidenti 4 il müddətinə seçilir və yenidən namizədliyini irəli sürə bilmir.

Xatırladaq ki, 2021-ci il seçkilərinin ikinci turunda da Xose Antonio Kast iştirak etmiş, lakin birinci turda lider olmasına baxmayaraq, sol koalisiyanın namizədi, 35 yaşlı Qabriel Boriçə məğlub olmuşdu. Boriç Çili tarixinin ən gənc prezidenti olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR