Onlayn ictimai-siyasi qəzet
Ermənistan hüquq-mühafizə orqanları "Adekvad" ictimai təşəbbüsünün rəhbəri, tanınmış müxalifətçi Artur Danielyanı saxlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Onun sözlərinə görə, A.Danielyan barəsində ölkənin Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş xuliqanlıq) üzrə cinayət işi başlanılıb.
Müxalifətçi saxlanılmazdan əvvəl "Facebook" hesabında paylaşım edərək İstintaq Komitəsinə çağırıldığını və barəsində iş açıldığını bildirib. Danielyan istintaq orqanından sərbəst buraxılacağı təqdirdə baş verənlərə canlı yayımda ətraflı münasibət bildirəcəyini vəd edib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ