Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağı ərazisinin 70 faizini nəzarətə götürməsi barədə tapşırıq verdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, hökumət başçısı bu barədə İordan çayının qərb sahilində keçirilən konfransdakı çıxışı zamanı bildirib.
Məlumatı CNN telekanalı yayıb.
Netanyahunun sözlərinə görə, İsrail anklav üzərindəki nəzarətini mərhələli şəkildə gücləndirir. Hazırda İsrail ordusu Qəzza ərazisinin 60 faizinə nəzarət edir, bundan əvvəl isə bu göstərici 50 faiz təşkil edirdi.
"Mənim göstərişim addım-addım irəliləməkdir, ilk növbədə bu nəzarəti 70 faizə çatdırmalıyıq", - deyə baş nazir çıxışında vurğulayıb.
CNN-in hesabatında həmçinin qeyd olunur ki, aprelin sonunda İsrail Müdafiə Ordusu (IDF) beynəlxalq humanitar təşkilatlar arasında xəritələr paylaşıb.
Həmin sənədlərə əsasən, İsrail hərbçilərinin nəzarətində Qəzza ərazisinin təxminən 64 faizi olub.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ