Onlayn ictimai-siyasi qəzet
Tehranın böyük Cənnət Abad bazarında yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə İran Telegram kanalları məlumat yayıb.
Alov geniş bir ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım heyəti cəlb olunub. Lakin yanğının səbəbi və xəsarət alanlar barədə məlumat verilməyib.
Yanğının 2000 kvadratmetrlik anqarda başladığı və qısa müddətdə yayıldığı bildirilir.
Hadisə ilə bağlı ilkin səbəblər araşdırılır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ