Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəbə silahlı hücum olub.
Musavat.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
"İhlas Haber Ajansı"nın (İHA) məlumatına görə, Manisanın Turqutlu rayonundakı "Niyazi Üzmez" Anadolu Texniki Liseyinin önündə silahlı hücum törədilib.
NTV telekanalı hücumda 4 şagirdin yaralandığını bildirib.
Silahlı hücumdan dərhal sonra hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım heyətinin cəlb olunub.
Hadisədən sonra təşvişə düşən yerli sakinlər və şagird valideynləri liseyin qarşısına toplanmağa başlayıblar.
Hücumla bağlı araşdırma aparılır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ