İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran səmaları kilidlədi: İran tam hava blokadası elan etdi

İran bütün hava məkanını bağlaması ilə bağlı NOTAM (aviadaşıyıcılar üçün rəsmi bildiriş) yayımlayıb.

Musavat.com xəbər verir ki, məlumatı aviasiya uçuşlarını real vaxt rejimində izləyən Flightradar24 açıqlayıb.

Bildirilişə əsasən, qadağa iki saatdan bir qədər artıq müddət üçün qüvvədədir və yalnız bəzi beynəlxalq reyslərə istisna tətbiq olunur. Qərar regionda sürətlə artan hərbi-siyasi gərginlik fonunda qəbul edilib və təhlükəsizlik riski ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, İran hava məkanının bağlanması Yaxın Şərq üzərindən keçən beynəlxalq aviasiya marşrutlarına ciddi təsir göstərə, bir sıra reyslərin marşrutunun dəyişdirilməsinə və gecikmələrə səbəb ola bilər.

 

Musavat.com

photo_2026-01-15_02-40-20.jpg (174 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR