Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtı Tehranda hakimiyyətyönlü kütləvi aksiya təşkil olunub.
Musavat.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. Bildirilir ki, aksiya iştirakçıları etirazlar zamanı baş verdiyi iddia edilən “terror xarakterli hərəkətləri” pisləmək məqsədilə küçələrə çıxıblar.
Məlumata görə, bir qrup iranlı Tehran şəhərinin Vəliəsr meydanına toplaşaraq dövlət bayraqları qaldırıb. Eyni zamanda, şəhər küçələrində motosikletlərdən ibarət kolon hərəkət edib.
Xəbərdə qeyd olunur ki, İran hakimiyyəti tərəfdarlarını bazar ertəsi günü Qurani-Kərimlə keçiriləcək aksiyaya qatılmağa çağırıb. Məqsəd etirazlar fonunda məscidlərə edilən hücumların açıq şəkildə pislənməsidir.
Xatırladaq ki, daha əvvəl İran prezidenti Masud Pezeşkian xalqa televiziya müraciəti ilə çıxış edib. O, vətəndaşları küçələrə çıxmağa çağıraraq, radikal qrupların etirazçıların tələblərini təhrif etməsinə imkan verilməməli olduğunu bildirib.
Musavat.com
@@TVmusavat/137467@@
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ