Onlayn ictimai-siyasi qəzet
İran, Rusiya və Çin nümayəndələri iyulun 22-də Tehranda İranın nüvə proqramı ilə bağlı danışıqlar keçiriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tərəflər İran ətrafında yaranmış nüvə böhranının həlli üçün fəaliyyətlərini əlaqələndirmək və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Media yazır ki, danışıqlar yaxın həftələrdə müxtəlif səviyyələrdə davam etdiriləcək.
Tehrana səfər çərçivəsində Rusiya və Çin nümayəndə heyətlərinin rəhbərləri İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Ravançi və digər yüksək vəzifəli İran diplomatları ilə görüşüblər.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ