Onlayn ictimai-siyasi qəzet
Tehranın Pərənd qəsəbəsində gecə saatlarında yaşayış binalarının pəncərələrindən hakimiyyət əleyhinə şüarlar səsləndirilib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sakinlərin kollektiv şəkildə “Xameneyiyə ölüm!” və “Diktatora ölüm!” ifadələrini səsləndirdiyi eşidilir.
Məlumatlara görə, şüarlar əsasən gecə saatlarında səsləndirilib və bu üsul son illər İranda etirazların ən çox istifadə olunan formalarından biri hesab olunur. Belə aksiyalar zamanı insanlar küçəyə çıxmadan, mənzillərin pəncərələrindən şüar səsləndirərək təhlükəsizlik qüvvələrinin müdaxiləsindən yayınmağa çalışırlar.
Hələlik rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyib.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ