Onlayn ictimai-siyasi qəzet
Tennessi ştatında Krista Paykın edamına uğursuz cəhddən sonra ABŞ-da ilk ölüm hökmü Texasda icra edilib.
Musavat.com Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, Camal Hovard 2000-ci ildə market işçisini öldürməkdə günahkar bilinib.
7 oktyabr axşamı 46 yaşlı kişiyə ölümcül iynə vurulub və 19 dəqiqə sonra ölü elan edilib. Bu, 2026-cı ildə Texasda altıncı edamdır.
Xatırladaq ki, 30 sentyabrda Krista Payka Tennessi ştatının Neşvill şəhərindəki həbsxanada iki ölümcül iynə vurulub. Lakin yeddi iynə istifadə olunmasına baxmayaraq, o, sağ qalıb.
Payk 200 ildən çox müddətdə Tennessidə edam ediləcək ilk qadın olmalı idi. Xəstəxanaya yerləşdirilən qadının dünən özünə gəldiyi bildirilir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ