İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tesla" ilə bağlı QALMAQAL: Onlarla insanın həyatına SON QOYUB

ABŞ-da son on il ərzində "Tesla" avtomobillərinin elektrik qapıları ilə əlaqəli qəzalarda azı 15 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Agentliyin apardığı araşdırmaya görə, bir sıra ölümcül hadisələrdə toqquşma və ya yanğın zamanı avtomobilin qapıları açılmayıb. Bu isə sərnişinlərin xilas edilməsinə və ya xilasedicilərin işinə ciddi maneə yaradıb.

Bildirilir ki, son on ildə bu tip təxminən on qəza qeydə alınıb. Nəticədə həm avtomobildə olan şəxslər, həm də "Tesla"nın qapılarını aça bilmədikləri üçün onlara kömək göstərə bilməyən xilasedicilər həlak olublar.

Qeyd olunur ki, təkcə 2025-ci ilin dekabrında Virciniya ştatında polis əməkdaşı alışan "Tesla" Model Y avtomobilində sürücünü xilas etmək üçün maşının şüşəsini sındırmağa məcbur qalıb. Səbəb isə avtomobilin qapılarının açılmaması olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR