Onlayn ictimai-siyasi qəzet
Aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" verilişi efirə getməyib.
Elgizin verilişinin yerinə "Sən demə" adlı proqram efirə verilib. Elgizin verilişi ARB TV-də saat 14:45-də yayımlanır.
Musavat.com-un əldə etdiyi məlumata görə, bir sıra proqramlara mövzu seçimi və verilişin formatı ilə bağlı ciddi xəbərdarlıq olunub.
Bildirilib ki, bundan sonra efirdə qalmaqallı və bayağı məzmunlu verilişlərə yer verilməməlidir. Xəbərdarlıq edilən layihələr arasında aparıcı Vüsalə Əlizadənin proqramının da adı çəkilir.
Tarix Əliyevin aparıcısı olduğu proqram öz saatında efirə gedib.
“Elgizlə izlə” verilişinin isə bu gün efirə çıxmayacağı bildirilir.
Vüsalə Əlizadə Musavat.com-a bildirib ki, proqramı xəbərdarlıq almayıb. Bu gün efirə gedən buraxılış isə yenidir.

Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ