Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp 23 dekabr Bakı vaxtı ilə saat 01:30-da Pentaqon rəhbəri Pit Heqset və Hərbi Dəniz Qüvvələri rəhbəri Con Felanla birlikdə bəyanatla çıxış edəcək.
Musavat.com xəbər verir ki, məlumat Trampın 21 dekabrda Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilmiş iş cədvəlində əksini tapıb: "Prezident Hərbi Katib və Hərbi Dəniz Qüvvələri katibi ilə bəyanatla çıxış edəcək".
Tramp Mar-a-Laqo malikanəsinin yerləşdiyi Floridada çıxış edəcək. Medianın məlumatına görə, Amerika liderinin qış tətili zamanı orada olması gözlənilir.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ