Onlayn ictimai-siyasi qəzet
Amerika qoşunlarına əmrlərə tabe olmama çağırışları fitnəyə təhrik kimi ölüm hökmü ilə cəzalandırılır.
Musavat.com xəbər verir ki, bu xəbərdarlığı ABŞ Prezidenti Donald Tramp Demokrat senatorlara və konqresmenlərə Truth Social hesabında edib: "Bu, ölkəmiz üçün həqiqətən pis və təhlükəlidir. Onların sözlərini qulaqardına vurmaq olmaz. Xainlər fitnəyə təhrik edir! Onları həbs edin?"
ABŞ Prezidenti Senat və Nümayəndələr Palatasının ən azı altı üzvünün hərbi personalı "qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə" çağırdığı videoya şərh verib: "Fitnə (hökuməti devirməyə təhrik – red.) ölüm cəzası ilə cəzalandırılır".
Onun sözlərinə görə, bu cür ifadələr fitnəyə təhrik hesab edilə bilər.
Qeyd edək ki, senatorlar Elissa Slotkin və Mark Kelli, eləcə də konqresmenlər Kris Deluzio, Meqqi Qudlender, Krissi Houlahan və Ceyson Krou hərbi və Mərkəzi Kəşfiyyat İdarəsinin üzvlərinə, eləcə də digər Amerika kəşfiyyat orqanlarına videomüraciət edərək qeyd ediblər ki, ABŞ hazırda yalnız xarici deyil, həm də daxili təhdidlərə məruz qalır. Xüsusilə, onların sözlərinə görə, Tramp administrasiyası ölkənin hərbi və kəşfiyyat qurumlarından öz vətəndaşlarına qarşı istifadə etməyə çalışır.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ