Onlayn ictimai-siyasi qəzet
“Biz nüvə materialını alacağıq və daha sonra məhv edəcəyik”.
Musavat.com bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
D.Trampın Tehrana təhdidləri bununla bitmir.
“İran nüvə istehsalını bərpa edərsə, inanılmaz nəticələrlə üzləşəcək. Nəticələrinin nə olacağını sizə deməyəcəyəm, amma ən ağır aqibətlə üzləşəcəklər. Tehrana nüvə silahı hazırlamağa, almağa və ya başqa şəkildə əldə etməyə icazə verilməyəcək. Bu, ABŞ və İran arasında hazırlanmış anlaşma memorandumunun əsasını təşkil edir. Onlar nüvə silahları hazırlamayacaqlar, onları almayacaqlar, əldə etməyəcəklər və ya onlarla başqa bir şey etməyəcəklər. Əgər bunu etsələr, cəhənnəm onların üzərinə gələcək”, - Tramp bəyan edib.
Maraqlıdır ki, bir neçə saat əvvəl İsrail və Britaniya mediası Trampın 139 gündə 40-cı dəfə "İranla müharibə bitdi" bəyanatını verdiyini yazırdı. Amma Tramp Cenevrədə baş tutacaq 19 iyun razılaşmasına “məhv edəcəyik” şüarı ilə “gedir”…
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında qısaca bunları söyləyib: “19 iyunda imzalanacaq sənəd Anlaşma Memorandumudur. Tam razılaşma 60 günlük danışıqlardan sonra əldə edilməlidir, o da edilsə…”
Elşad,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ