İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Mənə zəng edib yalvarırdılar ki, hücum etməyin"

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla danışıqların aparıldığını təkzib edən İran rəsmilərini növbəti dəfə tənqid edib.

Tramp bildirib ki, İran tərəfi ona zəng edərək hərbi hücumdan çəkinməyi xahiş edib.

"Onlar mənə zəng edib deyirdilər: "Xahiş edirik, hücum etməyin. Biz razılığa gələcəyik". Bu, tam həqiqətdir və bunu hamı bilir", – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, iranlıların bu müraciətindən sonra Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələri də Tehrana daha bir şans verilməsini istəyiblər. Tramp iddia edib ki, İran rəhbərliyi hərbi hücuma məruz qalmaq istəmirdi.

Tramp vurğulayıb ki, Tehran üçün bu, son şansdır. O bildirib ki, razılaşma baş tutmasa, ABŞ daha radikal tədbirlərə keçəcək. Lakin Tramp bu tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, Tramp daha əvvəl İrana qarşı planlaşdırılan və İkinci Dünya müharibəsindən sonrakı ən böyük hərbi zərbə kimi xarakterizə etdiyi əməliyyatı ləğv etdiyini bəyan etmişdi.

ABŞ Prezidenti vurğulayıb ki, hazırkı danışıqlar İranın təşəbbüsü və region ölkələrinin dəstəyi ilə aparılır. Onun sözlərinə görə, bu proses Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirməsi üçün son imkan hesab olunur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR