İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Moskvadakı paradı izləyəndən sonra etiraf etdi: Rusiya məğlubedilməz görünür

ABŞ Prezidenti Donald Tramp Moskvada keçirilən Qələbə Paradının kadrlarını izlədikdən sonra Rusiyanın “məğlubedilməz təsir bağışladığını” deyib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Tramp bu fikirləri 2025-ci ilin mayında yaxın köməkçiləri ilə söhbət zamanı səsləndirib. Həmin günlərdə Rusiya Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini genişmiqyaslı hərbi paradla qeyd edirdi.

Məqalədə vurğulanır ki, Moskvadakı tədbirdə nümayiş etdirilən hərbi texnika və nizam-intizam ABŞ Prezidentində Rusiyanın hərbi gücü ilə bağlı güclü təəssürat yaradıb.

Nəşr Trampın bu sözlərini Vaşinqtonda diqqətlə qarşılanan qeyri-adi etiraf kimi dəyərləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR