İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ordu naziri postunu ona həvalə etdi

ABŞ prezidenti Donald Tramp ordu naziri səlahiyyətlərinin icrasını Adam Telleyə həvalə edib.

Musavat.com xəbər verir ki, o, qərarını Truth Social hesabında açıqlayıb: "Hazırda Ordunun mülki mühəndislik üzrə köməkçi katibi vəzifəsində çalışan Adam Tellenin Ordu naziri səlahiyyətlərini icra edəcəyini elan etməkdən məmnunam". Tramp Telle-ni "hamı tərəfindən hörmət edilən" vətənpərvər adlandırıb.

Daniel Driscollun Pentaqon rəhbəri Pit Heqsetlə münaqişə səbəbindən istefa verməsindən sonra nazir postuna kimin gətiriləcəyi ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları əsas namizəd kimi Heqsetin köməkçisi Şon Parnelli göstərirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR