İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Tehrana son nöqtəni qoydu: "İran heç vaxt nüvə silahına sahib olmayacaq"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı yürütdüyü xarici siyasətin və strateji kursun ana xəttini bir daha bəyan edib.

Musavat.com xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşım edərək Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonun dəyişməz mövqeyini diqqətə çatdırıb.

"Əsas məqsəd – həmişə və dəyişməz olaraq – İranın heç bir halda və heç bir formada nüvə silahına yiyələnməməsidir. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!" – deyə amerikalı lider öz paylaşımında vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR