Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp deyib ki, Kiyevlə müqavilə Vaşinqtona, demək olar ki, istədiyi bütün resursları əldə etməyə imkan verir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, tərəflər müqaviləni 30 aprel 2025-ci ildə imzalayıblar.
Tramp Ukrayna torpaqlarını nadir torpaq elementləri ilə zəngin məkan adlandırıb.
“Ukraynanın nadir torpaq elementləri baxımından çox zəngin və münbit torpaqları var. Bizim razılaşmamız var və istənilən vaxt ora gedib, demək olar ki, istədiyimiz hər şeyi götürə bilərik", - deyə Tramp bildirib.
Müqaviləyə əlavə edilən bəzi sənədlər məxfi saxlanılır. Onların məzmunu ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldiyi 2005-ci ildən bəri bir çox ölkələrin maddi resurslarını istismar etmək, biznes strukturları qurmaq üçün danışıqlar aparır, bəzi ölkələrə açıq təzyiq göstərir, bəzən müqavimətlə üzləşir, bəzən də istədiyinə nail olur.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ