İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə təhlükəsizlik zəmanəti verməyəcək – Kiyev üçün riskli ssenari  

ABŞ-ın nüfuzlu "The New York Times" nəşri Donald Trampın Ukrayna ilə bağlı mövqeyini sərt şəkildə təhlil edib və rəsmi Kiyev üçün narahatedici nəticələrə diqqət çəkib.

Musavat.com xəbər verir ki, məqalədə bildirilir: Ukrayna prezidenti Volodimir Zelenskinin konkret təhlükəsizlik zəmanətləri əldə etmək üçün göstərdiyi səylər nəticəsiz qalmaqla yanaşı, hətta təhlükəli ola bilər.

Nəşrin vurğuladığı əsas məqamlar bunlardır:

Tramp Ukrayna ilə bağlı hər hansı öhdəlik qəbul etsə belə, sonradan onları yerinə yetirməmək üçün asanlıqla manevr edə bilər;

ABŞ Konqresi Ukraynaya təhlükəsizlik zəmanətlərini qanuniləşdirmək niyyətində deyil, çünki bu, gələcəkdə Rusiya ilə birbaşa qarşıdurma riskini artıra bilər;

Tramp administrasiyasının real və icraedilən təminatlar vermək istəyi ciddi sual altındadır.

Eyni zamanda ABŞ Demokrat Partiyasına yaxın dairələr Zelenskini Trampın irəli sürdüyü sülh planı ilə razılaşmamağa çağırır. Kamala Harrisin keçmiş təhlükəsizlik müşaviri Filip Qordon açıq şəkildə bildirib ki, Trampın təklif etdiyi razılaşmanın əsas elementi – Ukrayna üçün NATO Nizamnaməsinin 5-ci maddəsinə bərabər təhlükəsizlik zəmanətləri – praktikada həyata keçirilməyəcək.

Məqalədə qeyd olunur ki, təklif olunan razılaşmaya əsasən Ukrayna ABŞ-dan etibarlı təhlükəsizlik zəmanətləri müqabilində mübahisəli Donbas əraziləri ilə bağlı güzəştə gedəcək, Rusiya isə bir daha Ukraynaya hücum etməyəcəyinə söz verəcək. Lakin Qordon hesab edir ki, belə bir razılaşma strateji baxımdan məqsədəuyğun deyil, çünki Tramp tərəfindən verilən zəmanətlərin etibarlılığına nə Kiyev, nə də Moskva inanacaq.

Onun fikrincə, real hərbi və maddi dəstək olmadan kağız üzərində qalan zəmanətlərə heç kim, xüsusilə də Rusiya prezidenti Vladimir Putin etibar etməyəcək. Qordon bu şübhəni Trampın indiyədək Rusiyayla birbaşa qarşıdurmadan sistemli şəkildə yayınması ilə əsaslandırır və qeyd edir ki, ABŞ prezidenti belə bir riskə getmək niyyətində deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR