Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranı raket hücumlarını dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Fox News-a açıqlamasında danışıb.
“İrana təklifim budur: raketlərinizi buraxdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, - ABŞ prezidenti bildirib.
Tramp İsrailin Beyruta endirdiyi zərbələrin Vaşinqtonla razılaşdırılmadığını da qeyd edib. O, baş verənlərdən narazı qaldığını vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək İrana zərbələr endirməməsini deyəcək.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ